Medianews.az
Neft ixracatçıları hasilat normalarını BELƏ SAXLAYIR
97 baxış

Neft ixracatçıları hasilat normalarını BELƏ SAXLAYIR

Neft ixracatçıları hasilat normalarını belə saxlayır

Neft ixracatçılarının OPEK+ koalisiyası 2026-cı ilin ilk rübündə hasilat normalarını dəyişməyəcək.

Medianews.az bildirir ki, hazırda xam neftin gündəlik hasilat kvotaları belədir:

Səudiyyə Ərəbistanı - 10 milyon 103 min barrel

Rusiya - 9 milyon 574 min barrel

İraq - 4 milyon 273 min barrel

Birləşmiş Ərəb Əmirlikləri - 3 milyon 411 min barrel

Küveyt - 2 milyon 580 min barrel

Meksika - 1 milyon 753 min barrel

Qazaxıstan - 1 milyon 569 min barrel

Nigeriya - 1 milyon 500 min barrel

Əlcəzair - 971 min barrel

Oman - 811 min barrel

Azərbaycan - 551 min barrel

Malayziya - 401 min barrel

Konqo - 277 min barrel

Bəhreyn - 196 min barrel

Qabon - 177 min barrel

Cənubi Sudan - 124 min barrel

Bruney - 83 min barrel

Ekvatorial Qvineya - 70 min barrel

Sudan - 64 min barrel.

OPEK-ə Birləşmiş Ərəb Əmirlikləri, Ekvatorial Qvineya, Əlcəzair, İraq, İran, Konqo, Küveyt, Liviya, Qabon, Nigeriya, Səudiyyə Ərəbistanı, Venesuela daxildir, Azərbaycan, Bəhreyn, Braziliya, Bruney, Cənubi Sudan, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan tərəfdaşlar sayılır.

Azərbaycanın 2025-ci il büdcəsində bir barrel neft 70 dollardan götürülüb. “AzəriLayt” markalı neft yanvara 79, fevrala 78,52, marta 75,68, aprelə 78,29, maya 65,13, iyuna 68,82, iyula 72,01, avqusta 72,70, sentyabra 70,54, oktyabra 69,86, noyabra 65,87, dekabra 66,22 dollarla başlayıb.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun