Azərbaycan Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Əsaslı Tikinti və Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti Laçın rayonunda inşa edilməsi planlaşdırılan İşğal və Zəfər Muzeyləri Kompleksinin tikinti işlərinin satın alınması üzrə tender elan edib.
Medianews.az xəbər verir ki, tenderdə iştirak haqqı 1500 manat təşkil edir.
Tenderdə iştirak etmək istəyənlər öz təkliflərini 25 iyun 2026-cı il saat 15:00-dan gec olmayaraq təqdim etməlidirlər. Tender zərflərinin açılışı isə həmin gün saat 15:00-da keçiriləcək.