Medianews.az
 Nazir oğlu döyüşdə
107 baxış

Nazir oğlu döyüşdə yaralandı

İsrailin maliyyə naziri Bezalel Smotriçinin oğlu Livan sərhədində gedən döyüşlər zamanı yaralanıb.

Bu barədə "Ynet" saytı məlumat verib.

Bildirilib ki, Bezalel Smotriçin oğlu Livan sərhədində keçirilən hərbi əməliyyat zamanı yüngül xəsarət alıb.

Xatırladaq ki, martın 2-də İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir Livanda hərbi əməliyyatların başladığını elan edib.

Son məlumatlara görə, İsrailin Livana endirdiyi zərbələr nəticəsində 102 nəfər ölüb, 638 nəfər yaralanıb./Oxu.Az

Bizə qoşulun