Medianews.az
Naxçıvandan daxili və xarici istiqamətlərdə
162 baxış

Naxçıvandan daxili və xarici istiqamətlərdə uçuşlar dayandırılıb

Hazırda yaranmış vəziyyətlə əlaqədar olaraq Naxçıvan Beynəlxalq Hava Limanında daxili və xarici istiqamətlərdə uçuş əməliyyatları müvəqqəti olaraq dayandırılıb.

Naxçıvan Beynəlxalq Hava Limanından Medianews.az-a verilən məlumata görə, məsələ ilə bağlı vəziyyət operativ şəkildə qiymətləndirilir və müvafiq qurumlarla koordinasiya aparılır.

Əlavə məlumatlar dəqiqləşdirildikcə ictimaiyyətə təqdim olunacaq.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib. 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hava Limanının binasına zərər dəyib, 4 nəfər xəsarət alıb.

Bizə qoşulun