Medianews.az
Müharibə bitir? İranın ABŞ-yə təklifi ilə bağlı
116 baxış

Müharibə bitir? İranın ABŞ-yə təklifi ilə bağlı iddialar yayılıb

İranın ABŞ-yə münaqişəni sürətlə dayandırmaq məqsədilə yeni təklif irəli sürdüyü bildirilir.

Medianews.az bildiri ki, məlumatlara görə, Tehran nüvə məsələsinin müvəqqəti olaraq gündəlikdən çıxarılmasını, ilk mərhələdə isə Hörmüz boğazının açılması və hərbi gərginliyin azaldılmasını təklif edib.

İddialara əsasən, İran əvvəlcə ümumi çərçivə razılaşmasına nail olmağı, nüvə danışıqlarını isə sonrakı mərhələyə saxlamağı planlaşdırır. Bu yanaşma tərəflər arasında daha tez razılıq əldə etməyə hesablanıb.

Eyni zamanda qeyd olunur ki, İran daxilində nüvə proqramı ilə bağlı mövqelər tam vahid deyil və təklif daxili balansı qorumağa da xidmət edə bilər.

Analitiklər hesab edir ki, belə bir addım reallaşarsa, ABŞ-nin İran üzərindəki təzyiq imkanları zəifləyə bilər.

Bununla belə, məlumatlar əsasən mənbələrə istinadən yayılıb və hələlik rəsmi təsdiqini tapmayıb.

Medianews.az

Bizə qoşulun