Medianews.az
Müharibə aparan ölkələrin silah ehtiyatı
264 baxış

Müharibə aparan ölkələrin silah ehtiyatı

ABŞ, İsrail və İran müharibədə silah arsenalını gizli saxlayır, amma bəzi rəqəmlər mediaya çıxır.

Medianews.az xəbər verir ki, ABŞ ordusu bir həftəlik müharibədə 3000 hədəfə hücum etdiyini açıqlayıb. Senator Mark Kelli xəbərdarlıq edib ki, ABŞ-ın sursat ehtiyatı limitsiz deyil, amma hökumət buna qarşı çıxır və kifayət qədər ehtiyatın olduğunu bildirir.

İranda ballistik raketlər və döyüş dronları ciddi şəkildə gizlədilir. “Fars” agentliyi xəbər verir ki, müharibə başlayandan bəri 500-dən çox raket və 2000-dən çox dron atılıb. ABŞ və bəzi mütəxəssislər hesab edir ki, İranın raket ehtiyatları xeyli azalıb, raket buraxan avadanlıqların təxminən 75%-i məhv edilib.

Körfəz ölkələri hava hücumlarına qarşı “Patriot” raketlərinə etibar edir. Britaniya qırıcıları İordaniya, İraq və Qətərdə hava müdafiəsinə dəstək verib.

İsrail müharibə başlayandan sonra silah istehsalını sürətləndirib.

Medianews.az

Bizə qoşulun