Medianews.az
Müəllim iki yüzdən çox kimsəsiz uşağa
110 baxış

Müəllim iki yüzdən çox kimsəsiz uşağa qəyyumluq etdi – FOTOLAR

Çində 52 yaşlı idman müəllimi Bay Czyan 267-dən çox kimsəsiz uşaq böyüdüb.  

Medianews.az xəbər verir ki, o, 1995-ci ildən bəri valideynləri tərəfindən tərk edilmiş uşaqları himayəsinə götürür.

Bay Czyan hər gün onları səhər saat 4:30-da oyadaraq idmana cəlb edir, gündəlik 12 km qaçış etdirir. Onun evində eyni vaxtda 30-a qədər uşaq yaşayır. Maddi çətinliklərə baxmayaraq, müəllim ailəsinin köməyi ilə uşaqlara baxıb.

Nəticədə yüzdən çox uşaq ali təhsil alıb, 50 nəfər yüksək idman dərəcəsinə çatıb. Onların qazandığı medalların sayı 1300-dən çoxdur.

Medianews.az

Bizə qoşulun