Türkiyənin sabiq xarici işlər naziri, millət vəkili Mövlud Çavuşoğlunun qardaşı, iş adamı Aydın Çavuşoğluna silahlı hücum olub.
Medianews.az Lent.az-a istinadən xəbər verir ki, Aydın Çavuşoğlunu ofisində güllələyiblər.
Əməliyyat olunan Aydın Çavuşoğlu reanimasiyaya yerləşdirilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.