Medianews.az
Moskvanın mesajları Bakı ilə İrəvanın mövqeyini dəyişə bilməyəcək” –
114 baxış

Moskvanın mesajları Bakı ilə İrəvanın mövqeyini dəyişə bilməyəcək” – Siyasi şərhçi

“Rusiya rəhbərliyi Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin Moskvada bağlanmasına çalışır. Bu müstəvidə Azərbaycan və Ermənistana vaxtaşırı mesajlar göndərilir”. Siyasi şərhçi Məhəmməd Əsədullazadə Medianews.az-a açıqlamasında belə deyib.

O bildirib ki, Azərbaycanla Ermənistan sülh sazişini iki ölkənin delimitasiya olunmuş sərhədində imzalaya bilər: “Bunun üçün nə Vaşinqton, nə də digər paytaxtlara ehtiyac yoxdur. Amma geosiyasi proseslərin dəyişməsi fonunda sülh sazişinin paraflandığı ünvanda - Vaşinqtonda imzalanacağı da istisna deyil. Xüsusilə Rusiyanın artan təzyiqləri fonunda bu proses baş tuta bilər.

Qeyd edim ki, Azərbaycanla Ermənistanın vətəndaş cəmiyyətləri arasında dialoq qurulur. Rusiya çalışır ki, bu prosesin qarşısını alsın. Amma Moskvanın artan təzyiqləri Bakı ilə İrəvanın sülh prosesi məsələsində mövqeyini dəyişə bilməyəcək”.

Xatırladaq ki, avqustun 8-də Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Vaşinqtonda ABŞ Prezidentinin şahidliyi ilə Birgə Bəyannamə imzalayıb sərhədlərin toxunulmazlığı, ərazi əldə olunması üçün güc tətbiqinin yolverilməzliyi əsasında qonşuluq münasibətlərinin qurulması öhdəliyi götürüb, iki ölkənin xarici işlər nazirləri isə Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair saziş layihəsini paraflayıblar. Vaşinqtonda həmçinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən, Ermənistandan keçən dəhlizin yaradılması razılaşdırılıb. Bu layihə ABŞ-ın patronajlığı ilə gerçəkləşəsidir.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun