Medianews.az
Moskvada elit binanın tikintisində yanğın:
94 baxış

Moskvada elit binanın tikintisində yanğın: Ölənlərin sayı artdı - YENİLƏNİB - VİDEO

Moskvanın şimalında tikilməkdə olan binada baş verən yanğında ölənlərin sayı artıb.

Bu barədə RBK Rusiya Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat yayıb.

Xəbərə görə, hadisə nəticəsində ölənlərin sayı yeddiyə yüksəlib.

"Təəssüf ki, yeddi nəfər ölüb", - deyə bəyanatda qeyd olunub.

Bildirilib ki, yanğınsöndürənlər 31 nəfəri xilas ediblər. Onlardan 12 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.//Oxu.Az 

15:27

Rusiyanın paytaxtı Moskvada tikintisi davam edən binada baş verən güclü yanğın nəticəsində azı 5 nəfər həyatını itirib.

Bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, yanğın binanın ikinci və üçüncü mərtəbələrində baş verib. Ümumilikdə 31 nəfər xilas edilib.

Yanğının söndürülməsinə 200-dən çox xilasedici və 65 yanğınsöndürmə texnikası səfərbər olunub. Alovun artıq nəzarətə alındığı bildirilir.

Bundan əvvəl 3 nəfərin öldüyü, yeddi nəfərin yaralandığı bildirilirdi.

Yanğının səbəbi barədə rəsmi məlumat açıqlanmayıb.//Trend

Bizə qoşulun