Rusiyada Moskvanın Qolyanovo rayonunda yerləşən “Akvarel” hostelində güclü yanğın baş verib.
Medianews.az xəbər verir ki, alov binanın ikinci və üçüncü mərtəbələrini əhatə edib.
Hadisə nəticəsində təxminən 600 nəfər təxliyə olunub. Yanğına ikinci mürəkkəblik dərəcəsi verilib və yanğın sahəsinin 300 kvadratmetr olduğu bildirilir.
Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub. Yanğının söndürülməsi üçün helikopter də istifadə edilir.
Medianews.az