Türkiyə Futbol Federasiyası (TFF) 2026-cı il dünya çempionatındakı uğursuz çıxışa baxmayaraq, baş məşqçi Vinçenso Montella ilə yola davam etmək qərarına gəlib.
Medianews.az xəbər verir ki, Türkiyə millisinin 24 ildən sonra qatıldığı dünya çempionatında qrup mərhələsini sonuncu pillədə başa vuraraq turnirlə erkən vidalaşması ölkə futbolunda ciddi narazılıq yaradıb.
Turnirdən sonra TFF prezidenti İbrahim Hacıosmanoğlu və Fatih Terim arasında yaşanan gərginlik, həmçinin Montellanın bəzi qərarları geniş müzakirələrə səbəb olub. Bir çox futbol mütəxəssisi federasiya rəhbərliyinin və italiyalı mütəxəssisin istefa verəcəyini iddia etsə də, bu baş verməyib.
"Sabah" nəşrinin yaydığı məlumata görə, nə TFF rəhbərliyi, nə də Vinçenso Montella istefa verməyi planlaşdırır. Əksinə, milli komandanın fəaliyyətini daha səmərəli təşkil etmək məqsədilə beynəlxalq təcrübəyə malik peşəkar futbol administratorunun təyin olunması nəzərdə tutulur.
Bildirilib ki, yeni təyin olunacaq şəxs texniki heyətlə federasiya arasında əlaqələndirici rolunu oynayacaq, həmçinin milli komandanın uzunmüddətli inkişaf strategiyasının həyata keçirilməsinə rəhbərlik edəcək./Metbuat.az