Bu gün Misli Premyer Liqasında XXV turun növbəti oyunları keçiriləcək.
Medianews.az Oxu.Az-a istinadən xəbər verir ki, günün ilk qarşılaşmasında "Karvan-Yevlax" klubu "Zirə" ilə üz-üzə gələcək.
Yevlax şəhər stadionunda keçiriləcək matç saat 15:00-da başlayacaq.
Günün digər qarşılaşmasında isə "Sabah" "Sumqayıt"ı qəbul edəcək. Saat 19:15-də start götürəcək görüş "Bank Respublika Arena"da oynanılacaq.
Misli Premyer Liqası
XXV tur
19 mart
15:00. "Karvan-Yevlax" - "Zirə"
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Gülnurə Əkbərzadə, Namiq Bəkirov
VAR: Cavid Cəlilov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Yevlax şəhər stadionu.
19:15. "Sabah" - "Sumqayıt"
Hakimlər: Rəvan Həmzəzadə, Zöhrab Abbasov, Şirmamed Mamedov, Vüqar Həsənli
VAR: Kamranbəy Rəhimov
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
"Bank Respublika Arena".