Medianews.az
Mirzoyan: "Məqsəd Bakı ilə faydalı əməkdaşlıq qurmaqdır"
106 baxış

Mirzoyan: "Məqsəd Bakı ilə faydalı əməkdaşlıq qurmaqdır"

"Hazırkı gərgin regional mühitdə Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib". Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Milli Məclisin iclasında bildirib.

O, vurğulayıb ki, sülh hər iki tərəf üçün faydalı olduğu müddətcə qorunub saxlanıla bilər.

Mirzoyanın sözlərinə görə, İrəvanın məqsədi uzunmüddətli sülhün qorunmasına töhfə verəcək Bakı ilə qarşılıqlı faydalı əməkdaşlıq sistemi yaratmaqdır./Report

Bizə qoşulun