Medianews.az
Microsoft “Windows 11”də batareya probleminin
81 baxış

Microsoft “Windows 11”də batareya probleminin həllini açıqladı

“Microsoft” şirkəti noutbukların gözlənilmədən yuxu rejimindən oyanmasına və batareyalarının daha tez tükənməsinə səbəb olan “Windows 11” probleminin həllini təqdim edib.

Trend xəbər verir ki, bu barədə "Windows Latest" (WL) nəşri məlumat yayıb.

Məlumata görə, xəta fon prosesləri və “Modern Standby” rejimi ilə bağlı olub. “Modern Standby” bütün yeni “Windows 11” kompüterlərində mövcuddur və smartfonlarda olduğu kimi, cihazın ekran kilidli vəziyyətdə gözləmə rejiminə keçməsinə imkan verir. Bu zaman enerji sərfiyyatı azalır və sistem tez bir zamanda işə hazır vəziyyətdə qalır.

Lakin istifadəçilər əvvəllər batareya ömrünün azalması və cihazların gözlənilmədən aktivləşməsi ilə bağlı dəfələrlə şikayətlər ediblər.

Şirkət problemi etiraf edərək, istifadəçi müdaxiləsi olmadan sistemin dərin yuxu rejimindən oyanmasının qarşısını alan mühafizə mexanizmlərini tətbiq edib. Artıq cihaz yalnız güc düyməsini basmaq, noutbukun qapağını açmaq və ya digər qəsdən edilən hərəkətlərlə aktivləşdirilə bilər.

Qeyd olunur ki, dəyişikliklər artıq “Windows 11 24H2” və daha yeni versiyalarda tətbiq edilib.

Bizə qoşulun