Medianews.az
Məzahir Pənahovun yeni şansı
110 baxış

Məzahir Pənahovun yeni şansı

Məzahir Pənahovun yenidən Mərkəzi Seçki Komissiyasının (MSK) sədri olmaq şansı var.

Medianews.az bildirir ki, Məzahir Pənahov 2000-ci il mayın 19-da MSK üzvü təyin edilib və həmin vaxtdan qurumun sədridir.

Prezident, parlament, bələdiyyə seçkilərinin, həmçinin referendumların hazırlanmasına və keçirilməsinə məsul MSK-da 6 yeri parlamentdəki çoxluq partiyasının, 6 yeri azlıq partiyalarının, 6 yeri partiyasız deputatların təqdim etdiyi nümayəndələr tutur. Üzvləri Milli Məclis 5 il müddətinə seçir. Sədrin seçimi MSK üzvlərinin səlahiyyətindədir.

MSK-da hakim Yeni Azərbaycan Partiyasının nümayəndəsi olan Məzahir Pənahov sonuncu dəfə 2021-ci il aprelin 27-də qurumun sədri seçilib. 2026-cı il aprelin 22-də Yeni Azərbaycan Partiyası MSK üzvlüyünə namizədlərini açıqlayıb. Onların arasında Məzahir Pənahov da var.

1951-ci il təvəllüdlü Məzahir Pənahovun MSK-ya sədrliyi dövründə Azərbaycanda 3 referendum, 5 prezident seçkisi, 6 parlament seçkisi, 5 bələdiyyə seçkiləri keçirilib.

2002-ci il avqustun 24-ü, 2009-cu il martın 18-i və 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumlarda konstitusiyaya dəyişikliklər edilib.

2003-cü il oktyabrın 15-də, 2008-ci il oktyabrın 15-də, 2013-cü il oktyabrın 9-da, 2018-ci il aprelin 11-də, 2024-cü il fevralın 7-də prezident seçkiləri olub.

2000-ci il noyabrın 5-də, 2005-ci il noyabrın 6-da, 2010-cu il noyabrın 7-də, 2015-ci il noyabrın 1-də, 2020-ci il fevralın 9-da, 2024-cü il sentyabrın 1-də parlament seçkiləri keçirilib.

Bələdiyyə seçkiləri bu tarixlərdə gerçəkləşib: 17 dekabr 2004-cü il, 23 dekabr 2009-cu il, 23 dekabr 2014-cü il, 23 dekabr 2019-cu il, 29 yanvar 2025-ci il.

Növbəti prezident seçkisi 2031-ci, parlament seçkisi 2029-cu, bələdiyyə seçkiləri 2030-cu ilə düşür.

Medianews.az

Bizə qoşulun