İstanbulda maraqlı və eyni zamanda təhlükəli hadisə baş verib.
Medianews.az xəbər verir ki, Yenikapı–Seyrantepe–Hacıosman metro xəttində bir kişi naməlum səbəbdən metro stansiyasında dayanmış qatarın üstünə çıxıb.
Hadisə şahidlərinin sözlərinə görə, kişi platformada dayanarkən qəfil qatarın üstünə çıxıb. Sərnişinlər və ətrafda olan insanlar bu anı heyrətlə izləyiblər. Təhlükəsizlik işçiləri radio vasitəsilə dərhal hadisəyə müdaxilə ediblər. Qısa müddət sonra kişi qatarın üstündən düşərək qaçıb.
Hadisə zamanı xoşbəxtlikdən xəsarət alan olmayıb. Qəribə hadisə isə orada olan sərnişinlər tərəfindən mobil telefon kamerası ilə lentə alınıb və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Medianews.az