Medianews.az
30 yaşlı kişi mağazada
63 baxış

30 yaşlı kişi mağazada bıçaqlandı

Balakəndə bıçaqlanma hadisəsi olub.

Medianews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən mağazaların birində qeydə alınıb.

Belə ki, mağazada olarkən 30 yaşlı Nürəddin Dadayevə kəsici alətlə xəsarət yetirilib.

Hadisəni onun tanışı 30 yaşlı Nicat Qocayevin törətdiyi bildirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Bizə qoşulun