"Hörmüz boğazı mütləq açılacaq, amma sizin üçün yox”.
Bunu İran Parlamentinin Milli Təhlükəsizlik Komitəsinin rəhbəri İbrahim Əzizi “X” hesabında bildirib.
ABŞ lideri Donald Trampa müraciət edən Əzizi, 1979-cu il İran İnqilabından bəri keçən dövrə işarə edərək bildirib ki, 47 illik qonaqpərvərlik həmişəlik başa çatıb.
“Tramp nəhayət rejim dəyişikliyi arzusuna çatdı, amma regionun dəniz rejimində. Hörmüz boğazı yalnız İranın yeni qanunlarına əməl edənlər üçün açılacaq”, - deyə o qeyd edib./publika.az