Medianews.az
Konfet oğurladığına görə qızını
61 baxış

Konfet oğurladığına görə qızını döyərək ÖLDÜRDÜ

Hindistanda ata 12 yaşlı qızını konfet üstündə çubuqla döyərək öldürüb.

Medianews.az xəbər verir ki, hadisə Bulandşahr şəhərində baş verib.

Qızın mağazaya konfet almağa getdiyini və pulunu ödəmədən bir qutu konfet götürdüyünü iddia edirlər. Bundan xəbər tutan məktəbli qızın atası onu çubuqla döyüb. Ərini dayandırmağa çalışan qızın anası da yaralanıb.

Uşaq sağ qalmayıb. Hadisədən sonra ata evi içəridən kilidləyib, heç kimin çölə çıxmasına və telefonla danışmasına icazə verməyib. Həmin axşam o, qapını çöldən kilidləyərək evdən çıxıb. Arvadı qonşuları ilə əlaqə saxlaya bilib və onlar polisə zəng ediblər.

Kişiyə qarşı cinayət işi açılıb və hazırda o, axtarılır.

Medianews.az

Bizə qoşulun