ABŞ-ın Sietl şəhərində bir kişi metro platformasında hücuma məruz qalaraq relslərə itələnib.
Medianews.az xəbər verir ki, kişi son anda platformanın kənarından yapışaraq yaxınlaşan qatarın altından keçməsinə baxmayaraq sağ qala bilib.
Hadisə anının görüntülərində izdihamlı platformada gözləyən kişinin qəfil hücuma məruz qaldığı və relslərə düşməmək üçün son anda platformaya yapışdığı görünür. Qatarın yaxınlaşması isə ərazidə böyük panika yaradıb.
Hücum edən şəxs qısa müddətdə saxlanılıb və barəsində istintaq başlanılıb. Məhkəmə şübhəlinin ruhi sağlamlığının qiymətləndirilməsi üçün tibbi müayinəyə göndərilməsi barədə qərar verib.
Bundan əlavə, məhkəmə ədalətli istintaqın qorunması məqsədilə şübhəlinin üzünün ictimaiyyətə göstərilməməsi ilə bağlı qərar çıxarıb. Hadisə şəhərdə ciddi narahatlıq yaradıb.
Medianews.az