Medianews.az
Metro xəttini ayağına
118 baxış

Metro xəttini ayağına döymə etdirdi - FOTO

Türkiyədə bir vətəndaş metro xəttini ayağına döymə etdirib.

Medianews.az xəbər verir ki, Ankarada yaşayan vətəndaş həmin şəhərə mənsubluğunu göstərmək üçün belə bir qərar verib.

Onun bu addımı qısa zamanda sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Ankaralı şəxslər şəhərdə küçə adları yazılan lövhələr, ərazi koordinatları kimi müxtəlif məlumatları döymə etdirməyin trend olduğunu bildiriblər. 

Ekspert qiymətləndirmələrinə görə, Ankara döymə seçimləri sadəcə estetik bir qərar kimi qəbul edilmir. Bu tip döymələri etdirən insanların şəhəri həyat tərzi kimi qəbul etdikləri bildirilir.

Paytaxtın özünəməxsus dili də Ankara döymə trendinin bir hissəsinə çevrilib. "La", "bebe" və "gardaş" kimi ifadələri döymə kimi istifadə edən insanlar bu seçimi şəxsiyyət simvolu hesab edirlər.

Bu kontekstdə döymələr fərdlərin "Mən bura aidəm" mesajını daimi olaraq ifadə etmələri üçün bir yol kimi seçilir.//Ölkə.Az

Bizə qoşulun