Metro və avtobuslarda gediş haqqının 60 qəpiyə qaldırılması digər sahələrdə də bahalaşma gözləntisini artırıb. Əhali xüsusilə kommunal xidmətlərin qiymətlərində dəyişiklik olub-olmayacağı ilə bağlı narahatlıq keçirir. Maraqlıdır, son gediş haqqı artımından sonra kommunal xidmətlərin bahalaşması gözlənilirmi?
Medianews.az xəbər verir ki, mövzuyla bağlı iqtisadçı ekspert Fuad İbrahimov KONKRET.az-a açıqlamasında bildirib ki, prosesləri yalnız ehtimal üzərindən qiymətləndirmək mümkündür:
Ekspert bildirib ki, Tarif Şurasının qərarları çox qapalı şəkildə hazırlandığı üçün əvvəlcədən dəqiq proqnoz vermək mümkün deyil:
“Tarif Şurasında qərarlar son dəqiqədə müəyyən olunur. Buna görə də yalnız gözləmək qalır”.
Qeyd edək ki, gediş haqqının artırılması fonunda kommunal xidmətlərdə bahalaşma ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik heç bir açıqlama verilməyib.