Medianews.az
“Messiyə verilən maaşın hər qəpiyinə dəyər” -
94 baxış

“Messiyə verilən maaşın hər qəpiyinə dəyər” - 70-80 milyon dollar...

ABŞ-nin “İnter Mayami” klubunun sahiblərindən olan Jorge Mas argentinalı hücumçu Lionel Messinin illik qazancını açıqlayıb.

Medianews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu məbləğ 70-80 milyon dollardır.

J. Mas bildirib ki, dünya səviyyəli sponsorları kluba cəlb etmək istəmələrinin əsas səbəbləri futbolçuların yüksək maaş almasıdır: “Futbolçular bahadır. Mən Messiyə maaş verirəm və o, hər qəpiyinə dəyər. Bu məbləğ ildə 70–80 milyon dollar civarındadır”.

Qeyd edək ki, 38 yaşlı Lionel Messi 2023-cü ilin yayından “İnter Mayami”də oynayır.

Bizə qoşulun