Medianews.az
Messi İspaniya barədə:
107 baxış

Messi İspaniya barədə: “Onları yaxşı tanıyıram”

Argentina millisinin hücumçusu Lionel Messi DÇ-2026-nın finalında İspaniya ilə qarşılaşma barədə fikirlərini bölüşüb.

Medianews.az-ın məlumatına görə, Messi bildirib ki, İspaniya böyük futbolçulara sahib güclü komandadır və bu yığmanı yaxından tanıyır.

“İspaniya möhtəşəm futbolçuları olan böyük komandadır. Onları yaxşı tanıyıram, imkanlarını bilirəm. Bir neçə futbolçu “Barselona”nı təmsil edir – mənim çox sevdiyim və izləməyə davam etdiyim klubdur. Mənim üçün bu xüsusi oyun olacaq”, – deyə Messi qeyd edib.

Qeyd edək ki, DÇ-2026-nın yarımfinalında Argentina İngiltərəni 2:1, İspaniya isə Fransanı 2:0 hesabı ilə məğlub edib. Final və üçüncü yer uğrunda görüş iyulun 19-da keçiriləcək.

Medianews.az

Bizə qoşulun