Türkiyəli məşhurlar Sinem Ünsal, Hafsanur Sancaktutan, Emir Can İğrek və Ogün Alibaş ilə bağlı aparılan narkotik istintaqında test nəticələri məlum olub.
Medianews.az xəbər verir ki, İstanbul Prokurorluğunun apardığı araşdırma çərçivəsində götürülən qan və saç nümunələri üzrə ekspertiza tamamlanıb.
Məlumata görə, Sinem Ünsalın nəticəsi mənfi çıxıb. Digər üç şəxs – Hafsanur Sancaktutan, Emir Can İğrek və Ogün Alibaş üzrə isə testlərin müsbət olduğu bildirilib.
Araşdırma davam edir.
Medianews.az