DÇ-2026-nın 1/16 finalında baş tutan Niderland - Mərakeş matçının penaltilər seriyası Dünya Çempionatları tarixinə düşüb.
Medianews.az xəbər verir ki, bu qarşılaşma Dünya Çempionatları tarixində eyni penalti seriyasında dörd zərbənin birdən qeyri-dəqiq olduğu ilk matç kimi tarixə keçib.
Xatırladaq ki, oyunun əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında niderlandlı futbolçular Castin Klüyvert və Kvinten Timber, həmçinin Mərakeş millisinin ulduzları Neil Yoni El-Aynaui ilə Əşrəf Hakimi zərbələri boşa qaçırıblar.
Yekunda Mərakeş millisi 3:2 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, 1/8 final mərhələsində Mərakeş iyulun 4-də Kanada ilə üz-üzə gələcək.
Medianews.az