Medianews.az
Məşhur nəşrdən Türkiyə ilə bağlı
54 baxış

Məşhur nəşrdən Türkiyə ilə bağlı qalmaqallı məqalə

ABŞ-nin nüfuzlu nəşrlərindən olan "The Wall Street Journal" qəzetində Türkiyə ilə bağlı mübahisəli fikirlərin yer aldığı məqalə dərc olunub.

Medianews.az xəbər verir ki, məqalədə İranın regiondakı təsirinin zəifləyəcəyi halda Türkiyənin rolunun məhdudlaşdırılması və Ankaranın NATO üzvlüyünün yenidən nəzərdən keçirilməsi təklif edilib.

Yazıda İranın bölgədə yaratdığı təsirin azalması fonunda yaranacaq güc boşluğunun Türkiyə tərəfindən doldurulmamalı olduğu iddia olunur. Məqalədə ABŞ və İsrailin bu məsələdə diqqətli siyasət yürütməsinin vacibliyi vurğulanır.

Dünyaca ünlü ABD gazetesinden skandal çıkışı: İran'dan sonra Türkiye...

Qeyd olunur ki, məqalənin müəllifi ABŞ Müdafiə Nazirliyi ilə əməkdaşlıq edən Yaxın Şərq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Bradley Martindir. Yazıda Türkiyənin son illərdə ABŞ-ın xarici siyasət xəttindən uzaqlaşdığı və bunun NATO daxilində müzakirə mövzusu ola biləcəyi iddia edilir.

Məqalədə həmçinin Türkiyə Prezidenti Recep Tayyip Erdoğanın ABŞ və İsrailin İrana qarşı hücumlarını beynəlxalq hüququn pozulması kimi qiymətləndirdiyi barədə açıqlamalarına da yer verilib. Yazıda Ərdoğanın regiondakı hadisələrlə bağlı bəyanatları sitat gətirilərək təqdim olunub.

Nəşrdə bildirilib ki, İranın bölgədəki rolunun azalacağı təqdirdə Yaxın Şərqdə yeni güc balansı formalaşa bilər və bu prosesdə Türkiyənin mövqeyi diqqətlə izlənməlidir. Məqalədə eyni zamanda ABŞ-ın Türkiyənin NATO-dakı rolunu və alyans daxilindəki mövqeyini yenidən qiymətləndirməli olduğu iddia olunub.

Məqalədə səsləndirilən fikirlər Türkiyə ilə bağlı beynəlxalq siyasi müzakirələrin yenidən gündəmə gəlməsinə səbəb olub.

Medianews.az

Bizə qoşulun