Medianews.az
Məşhur modeldən açıqlama:
131 baxış

Məşhur modeldən açıqlama: “Dini dəfn mərasimi istəmirəm”

Türkiyə modasının tanınmış dizayneri Cemil İpekçi vəfatı ilə bağlı daha əvvəl səsləndirdiyi vəsiyyətə görə tənqid olundu.

Medianews.az xəbər verir ki, Cemil İpekçi tənqidlərdən sonra yenidən açıqlama verib.

O, dəfn mərasimində dini ayinlərin olmasını istəmədiyini bir daha vurğulayıb və qərarının şəxsi inancına əsaslandığını bildirib.

İpekçi həyatını yalnız Allaha hesab verərək yaşadığını deyərək, “Günahımın da savabımın da hesabını Rəbbimə verəcəyəm” ifadəsini işlədib.

O həmçinin bəzi şəxslərin reaksiyalarını “ikiüzlülük” kimi dəyərləndirib və dəfninin öz istəklərinə uyğun şəkildə təşkil olunmasını istədiyini bildirib.

Medianews.az

Bizə qoşulun