Təbii su hövzələrində çimmək təkcə yayda sərinləməmək, istirahətdən həzz almaq deyil, həm də bir sıra real risklər yaradır.
Bunu məşhur həkim- infeksionist, yoluxucu xəstəliklər üzrə mütəxəssisi Vladimir Neronov Rusiya mediasına açıqlamasında deyib. O, bildirib ki, əksər hallarda durğun sularda (göllər, gölməçələr və ya fəvvarələr-red.) üzən insanlar bağırsaq infeksiyalarına, parazitlərə və müxtəlif dəri xəstəliklərinə yoluxurlar.
"Çirklənmiş və ya axar olmayan, durğun sularda üzdükdən sonra ən çox rast gəlinən ağırlaşma bağırsaq infeksiyalarıdır. İnsan istər-istəməz az da olsa bu cür göllərdə çimərkən az miqdarda da olsa çirkli su uda bilir. Bu isə qastroenterit, rotavirus və enterovirus infeksiyaları, dizenteriya, salmonellyoz və ishal, qusma, qarın ağrısı, qızdırma da daxil olmaqla digər qida yolu ilə keçən xəstəliklərə səbəb ola bilər", - mütəxəssis yayda durğun sularda çimməyə hazırlaşanlara xəbərdarlıq edib./publika.az