Medianews.az
Məşhur aparıcının ETİRAFI
65 baxış

Məşhur aparıcının ETİRAFI qalmaqala səbəb oldu

Türkiyəli məşhur aparıcı Səba Tümer ana olmaqla bağlı açıqlamaları ilə yenidən müzakirə mövzusuna çevrilib.

Medianews.az xəbər verir ki, Tümer uşaq sahibi olmaqla bağlı tərəddüdlərini səmimi şəkildə ifadə edərək bildirib ki, bu məsələ ona “absurd” görünür. Aparıcı qeyd edib ki, insan övlad dünyaya gətirərkən onun gələcəkdə nələr yaşayacağını əvvəlcədən bilmədiyi üçün bu qərar ona qeyri-müəyyən gəlir.

“Uşaq dünyaya gətirəndə onun nələrdən keçəcəyini bilmirsən. Buna görə də bu məsələ mənə absurd görünür”, – deyə o bildirib.

Məşhur aparıcı uşağın sağlamlığı və gələcəyi ilə bağlı qeyri-müəyyənliklərin valideynləri daim narahat edə biləcəyini də vurğulayıb.

Tümer açıqlamasında ailəsi ilə bağlı emosional bir məqama da toxunub. O, xalasının sözlərini xatırladaraq bildirib: “Mən bu ağrını yaşamamaq üçün evlənmədim”.

Aparıcının bu fikirləri sosial mediada geniş müzakirələrə səbəb olub və fərqli reaksiyalarla qarşılanıb.

Medianews.az

Bizə qoşulun