Türkiyənin tanınmış aktyoru Zafer Ergin səhhətində yaranan problem səbəbilə xəstəxanaya yerləşdirilib.
Medianews.az haberler.com-a istinadən xəbər verir ki, 83 yaşlı aktyorun evində qəfil özünü pis hiss edib və təcili olaraq xəstəxanaya aparılıb.
İlkin tibbi müayinələr zamanı həkimlər onda damar tıxanması ehtimalını nəzərə alaraq müalicəyə başlayıblar.
Aktyorun xəstəxanaya yerləşdirilməsindən sonra sosial şəbəkələrdə onun əvvəllər çəkilmiş görüntüləri yenidən gündəmə gəlib. Çəkiliş meydançasında lentə alınan kadrlarda aktyorun yorğun və halsız göründüyü diqqət çəkib.
Zafer Ergin uzun illərdir “Arka Sokaklar” serialında Rıza Baba obrazı ilə tanınır. O, həmçinin “Kurtlar Vadisi” serialındakı Mehmet Karahanlı rolu ilə də yadda qalıb.
Aktyorun həyat yoldaşı Binnaz Ergin onun səhhəti ilə bağlı açıqlama verib. O bildirib ki, Zafer Erginin orqanizmi susuz qalıb və infeksiya göstəriciləri yüksək olub. Hazırda aktyorun vəziyyəti stabildir və müayinələr nəzarət məqsədilə davam etdirilir. Zafer Ergin çərşənbə günü yenidən çəkiliş meydançasına qayıtmağı planlaşdırır.
Medianews.az

