Medianews.az
Məşhur aktrisanın cəsarətli seçimi sosial medianı
70 baxış

Məşhur aktrisanın cəsarətli seçimi sosial medianı qarışdırdı

Türkiyəli məşhur aktrisa Serenay Sarıkaya son paylaşımı ilə sosial mediada yenidən diqqət mərkəzinə düşüb.

Medianews.az xəbər verir ki, aktrisanın seçdiyi qeyri-adi günəş eynəyi qısa zamanda trend mövzusuna çevrilib.

Sarıkaya bu dəfə üzünün böyük hissəsini örtən futuristik dizaynlı günəş eynəyi ilə poz verib. Onun bu cəsarətli və fərqli seçimi izləyicilər tərəfindən maraqla qarşılanıb və geniş müzakirələrə səbəb olub.

Məşhur aktrisa sadə geyimini diqqətçəkən aksesuarla tamamlayaraq özünəməxsus stilini bir daha nümayiş etdirib. Sosial şəbəkələrdə istifadəçilər onun bu görünüşünü “yenə fərq yaratdı” və “trend müəyyənləşdirən seçim” kimi qiymətləndiriblər.

Qeyd edək ki, Serenay Sarıkaya modada tez-tez yenilikləri ilə seçilən və stil trendlərinə təsir edən məşhurlar sırasında yer alır.

Bizə qoşulun