Almaniya kansleri Fridrix Merts rəhbərlik etdiyi hökumət koalisiyasında yaranan fikir ayrılığı fonunda səbrinin tükəndiyini bildirib.
Medianews.az xəbər Almaniya kansleri hakim koalisiyanın bir hissəsi olan Almaniya Sosial Demokrat Partiyasını infrastrukturun inkişafı ilə bağlı mühüm qanun layihəsinin qəbulunu ləngitməkdə ittiham edib.
Mertsin sözlərinə görə, layihənin uzun müddətdir parlamentdə bloklanması qəbuledilməzdir. Qanun iri infrastruktur layihələri üzrə planlaşdırma və razılaşdırma prosedurlarının sürətləndirilməsi, sadələşdirilməsi və rəqəmsallaşdırılmasını nəzərdə tutur.
Sosial-demokratlar isə qarşılığında ekoloji layihələrin həyata keçirilməsində bürokratik maneələrin azaldılmasını hədəfləyən təbiət infrastrukturunun gücləndirilməsi haqqında qanunun qəbulunu tələb edirlər.
Tərəflər arasında fikir ayrılığı Almaniya hökumətində koalisiya daxilində gərginliyin artdığını göstərir.
Medianews.az