Paytaxtın Qaradağ rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Medianews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, mayın 8-i saat 10 radələrində Lökbatanda yerləşən mərmər sexində mərmər daşı qırılaraq orada usta kimi çalışan şəxsin başına dəyib.
Ağır xəsarət alan Biləsuvar rayon sakini 1969-cu il təvəllüdlü Azər Gülağa oğlu Babayev hadisə yerində ölüb.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır.