Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 2 kilometr aralı, dənizdə nəzarətsiz ərazidə 4 nəfər batıb.
Medianews.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Məlumat daxil olan kimi FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri dərhal axtarışlara cəlb olunublar. Operativ xilasetmə əməliyyatı nəticəsində 1975-ci il təvəllüdlü Rasim Qəhrəman oğlu Məmmədov və 2016-cı il təvəllüdlü Aytən Rasim qızı Məmmədzadə xilas ediliblər.
Axtarışlar zamanı dalğıclar 2005-ci il təvəllüdlü Raul Rasim oğlu Məmmədovun meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Hazırda suda batdığı ehtimal olunan digər vətəndaş - 2007-ci il təvəllüdlü Zeynəb Rasim qızı Məmmədzadənin axtarışları davam etdirilir.
Əlavə məlumat veriləcək.