Medianews.az
Məktəbli qız Bərdə sakininə
284 baxış

Məktəbli qız Bərdə sakininə qoşulub qaçdı

Ağdamda 10-cu sinif şagirdi Bərdə sakini ilə qaçıb.

Medianews.az xəbər verir ki, hadisə rayonun Əhmədağalı kəndində baş verib.

Qeyd olunub ki, Müşfiq Hüseynov adına Əhmədağalı kənd tam orta məktəbin şagirdi L.Muradlı tanıdığı Bərdə rayon sakininə qoşularaq qaçıb.

L.Muradlının hadisədən cəmi üç gün əvvəl 15 yaşını tamamladığı bildirilir.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən faktla bağlı araşdırma işlərinə başlanılıb.(Teleqraf)

Bizə qoşulun