Medianews.az
Məktəblərdə sağlam qidalanma: hansı məhsullar qadağandır?
74 baxış

Məktəblərdə sağlam qidalanma: hansı məhsullar qadağandır?

Müəyyən olunmuş tələblərə əsasən, uşaqların qidalanması zamanı sağlamlıq üçün risk yarada biləcək bir sıra məhsulların təhsil müəssisələrində istifadəsi qadağan edilib.

Qadağan olunan məhsullar sırasında termiki emaldan keçməmiş ət, quş əti və balıq məhsulları, sub məhsullar və onlardan hazırlanan qidalar, vəhşi heyvan və çöl quşlarının əti, qabığı çirkli və zədələnmiş yumurta, həmçinin ev şəraitində hazırlanmış qidalar yer alır.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Medianews.az-ın araşdırmasına görə, valideynlər də məktəb yeməklərində daha çox təzə, təbii və təhlükəsiz qidaların olmasını vacib hesab edirlər.

Mütəxəssislər bildirirlər ki, bu tələblərin tətbiqi məktəblilərin sağlam qidalanmasını təmin etməklə yanaşı, qida zəhərlənmələrinin qarşısını almaqda da mühüm rol oynayır. Uşaqların immunitet sistemi hələ tam formalaşmadığından, qida təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir. Təhsil müəssisələrində qidaların keyfiyyətinə nəzarət həm sağlamlıq, həm də təhsil mühitinin təhlükəsizliyi üçün vacibdir.

Bizə qoşulun