Türkiyədə liseyə edilən silahlı hücumda yaralananların sayı artıb.
Medianews.az xəbər verir ki, hadisə nəticəsində 16 nəfər yaralanıb.
Şanlıurfa valisi bildirib ki, hücumu törədən məktəbli özünü öldürüb.
Onun sözlərinə görə, yaralıların əksəriyyəti şagirdlərdir, bir müəllimin vəziyyəti ağırdır.//APA
11:55
Türkiyədə məktəbə girən silahlı şəxs ətrafa atəş açıb.
Medianews.az xəbər verir ki, hadisə Şanlıurfa əyalətinin Siverek rayonunda baş verib.
Belə ki, silahlı şəxs tüfənglə yeddi nəfəri yaralayıb.
Silahlı şəxsin bir neçə şagirdi girov götürdüyü deyilir.
Hadisədən sonra əraziyə çoxsaylı tibb işçiləri və xüsusi polis qüvvələri cəlb edilib.
Silahlı hücumu həyata keçirən şəxsin məktəbli olduğu bildirilir.
Liseydəki şagirdlərin böyük əksəriyyətinin təxliyə olduğu qeyd olunub.
Silahlı şəxsin zərərsizləşdirilməsi istiqamətində tədbirlər görülür.//Bakıvaxtı.az