ABŞ-də məktəblərdən birində keçirilən aclıqla mübarizə mövzulu xeyriyyə tədbirində şagirdlərə səhvən desert əvəzinə bişmiş torpaq təqdim olunub.
Medianews.az xəbər verir ki, hadisə Men ştatında baş verib.
Məlumata görə, torpaq biologiya dərsi üçün aparılan təcrübə zamanı sterilizasiya məqsədilə sobada bişirilib və ayrıca saxlanılıb. Lakin tədbirə hazırlıq zamanı yeməklərlə qarışdırılaraq şagirdlərə verilib.
Üç məktəbli torpağın dadına baxsa da, vəziyyəti dərhal anlayaraq onu tüpürüblər. Məktəb rəhbərliyi hadisənin zarafat deyil, təsadüfi səhv olduğunu bildirib və valideynlərlə əlaqə saxlayıb.
Medianews.az