Medianews.az
 Mbappenin DÇ-dəki məqsədi
117 baxış

Mbappenin DÇ-dəki məqsədi AÇIQLANDI

Fransa millisinin hücumçusu və kapitanı Kilian Mbappe dünya çempionatları tarixinin ən yaxşı bombardiri olmaq hədəfini özü üçün prioritet hesab etmir.

Medianews.az xəbər verir ki, bu haqda "L'Équipe" nəşri məlumat yayıb.

Mbappenin əsas qayəsi Fransa yığmasını dünya çempionu tituluna qovuşdurmaqdır. Ulduz futbolçu fərdi rekordları ikinci dərəcəli nəticə kimi görür və hesab edir ki, komanda qarşıya qoyulan məqsədə çatarsa, şəxsi uğurlar da öz-özünə gələcək.

Mənbə həmçinin qeyd edir ki, Mbappenin DÇ-2026-nın 1/8 finalında Paraqvaya qarşı keçirilən oyundakı (1:0) çıxışı onun paltardəyişmə otağındakı nüfuzunu daha da artırıb və komandanı bir yumruq kimi birləşdirib.

Hazırda Kilian Mbappe dünya çempionatları tarixinin ən yaxşı bombardirləri siyahısında 19 qolla ikinci pillədə qərarlaşıb. O, yalnız Argentina millisinin ulduz kapitanı Lionel Messidən (20 qol) geri qalır.

Qeyd edək ki, pley-offun növbəti mərhələsində Fransa yığması Mərakeşlə qarşılaşacaq.

Medianews.az

Bizə qoşulun