Medianews.az
Mbappe mövsümü
92 baxış

Mbappe mövsümü başa vurdu

Real Madrid klubunun hücumçusu Kylian Mbappé zədə səbəbindən 2025/2026 mövsümünün sonuna qədər meydana çıxa bilməyəcək.

Medianews.az xəbər verir ki, bu barədə El Chiringuito TV sosial şəbəkədə məlumat yayıb.

Bildirilib ki, futbolçunun zədəsi ilkin ehtimallardan daha ciddidir və klub vəziyyətlə bağlı rəsmi açıqlamanı bu gün verəcək.

Məlumata görə, Kylian Mbappénin sol ayağının arxa bud nahiyəsində yüklənmə problemi yaranıb. O, La Liganın 32-ci turunda Real Betislə keçirilən və 1:1 hesabı ilə başa çatan oyunun 81-ci dəqiqəsində əvəzlənib.

Qeyd edək ki, fransalı hücumçu cari mövsümdə 28 oyunda 24 qol vurub və 4 məhsuldar ötürmə edib. O, daha əvvəl dizindəki problem səbəbindən fevral-mart aylarında da 5 oyunu buraxmışdı.//Milli.Az

Bizə qoşulun