Medianews.az
Masallı rayonunda kəndi su basdı –
184 baxış

Masallı rayonunda kəndi su basdı – VİDEO+FOTO

Masallı rayonunun Mollaoba kəndini su basıb. Məlumatı Medianews.az-a kənd sakinləri veriblər.

Sakinlər bildiriblər ki, kəndin qırağında sovet dövründən qalma su kanalı var. Amma kanal keçən ərazilərdəki özbaşına, nizamsız tikinti işləri kanalın tutulmasına səbəb olub. Nəticədə yağış yağanda kanalın çəkib aparmalı olduğu su evlərə dolur. Bələdiyyə isə kanalla bağlı problemi həll etməkdə acizlik göstərir.

Mollaoba kəndi Boradigah bəldiyyəsinə daxildir.

Yanvarın 18-dən yağan yağış hazırda evlərə dolmaqdadır. Kənd yolları faktiki keçilməz hala düşüb. 

Mollaoba kəndində hazırkı vəziyyəti əks etdirən video və fotoları təqdim edirik:

Bizə qoşulun