Medianews.az
Martın bütün sosial ödənişləri
100 baxış

Martın bütün sosial ödənişləri VERİLİB

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən qarşıdan gələn bayramlarla əlaqədar olaraq bu gün mart ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları da ödənilib.

Bu barədə Medianews.az-a nazirlikdən məlumat verilib.

"Fond bu ayın bütün sosial ödənişlərini qrafikdən əvvəl başa çatdırıb. Bundan əvvəl martın 6-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası, martın 11-də digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin mart ayı üzrə pensiyaları qrafikdən əvvəl ödənilib", - nazirlikdən bildirilib.

Bizə qoşulun