Tailandda maral mototaksiyə çırpınıb. Nəticədə sürücü və sərnişin xəsarət alıb.
Medianews.az xəbər verir ki, insident martın 11-i, Pattaya şəhəri yaxınlığında baş verib.
Mototaksi sürücüsünün sözlərinə görə, o, turist apararkən maral qəfil kolların arasından çıxaraq motosikletə çırpılıb. Nəticədə sürücünün üzü zədələnib, xarici vətəndaş olan sərnişinin isə biləyi sınıb. Motosikletə ciddi ziyan dəyib, heyvan isə qaçaraq uzaqlaşıb.
Sürücü bildirib ki, maralın yaşayış məntəqəsində görünməsi onun ehtimal ki, hansısa şəxsin saxladığı fermadan qaçdığını göstərir. O, yerli sakinlərdən heyvanın sahibini tapmaq üçün kömək istəyib.
Medianews.az