"Bavariya" futbol klubunun qapıçısı Manuel Noyerin vəziyyəti ilə bağlı açıqlama verilib.
Medianews.az-a Oxu.Az-a istinadən xəbər verir ki, klubun idman direktoru Maks Eberl Noyerin klubdakı gələcəyi ilə bağlı sualı cavablandırıb.
O bildirib ki, mövsüm sonunda Noyerlə danışılacaq və onun gələcəyinə aydınlıq gətiriləcək:
"Noyerlə bağlı vəziyyət hələlik sakitdir. O, 40 yaşında olmasına baxmayaraq? inanılmaz dərəcədə yaxşı oynayır. Aprel və ya may aylarında onun klubla müqaviləsinə yenidən nəzər salacağıq".
Qeyd edək ki, Noyer bu mövsüm "Bavariya"nın heyətində 23 oyuna çıxıb və altı dəfə qapısını toxunulmaz saxlayıb.