Medianews.az
Baş nazir
73 baxış

Baş nazir ƏMR İMZALADI

Nazirlər Kabineti Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kollegiyasının tərkibi ilə bağlı qərarda dəyişiklik edib.

Medianews.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən, Maliyyə Nazirliyinin kollegiya üzvlərinin sayı 15 nəfər müəyyənləşdirilib.

Kollegiyaya maliyyə naziri sədrlik edəcək. Tərkibə nazirin birinci müavini, müavinləri, Naxçıvan Muxtar Respublikasının maliyyə naziri, Nazirliyin Aparatının rəhbəri və onun müavinləri, həmçinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi daxil edilib.

Bununla yanaşı, Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin, Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin, eləcə də Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinin direktorları da kollegiyanın üzvləri sırasına əlavə olunub.

Bizə qoşulun