Medianews.az
Malavi Prezidenti dövlət başçısı
96 baxış

Malavi Prezidenti dövlət başçısı İlham Əliyevi təbrik edib

Malavi Respublikasının Prezidenti Artur Piter Mutarika Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

Medianews.az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Zati-aliləri.

28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi Malavi Respublikasının Hökuməti və xalqı adından təbrik etməkdən məmnunam.

Fürsətdən istifadə edərək ümidvar olduğumu bildirirəm ki, ölkələrimiz arasında mövcud olan sıx dostluq və əməkdaşlıq əlaqələri xalqlarımızın rifahı naminə qarşıdakı illərdə də dərinləşməkdə davam edəcək.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına davamlı firavanlıq və rifah arzularımı qəbul etməyinizi xahiş edirəm".

Bizə qoşulun