Medianews.az
Mal, quzu, keçi əti... -
50 baxış

Mal, quzu, keçi əti... - Maksimum bu qədər saxlanıla bilər

Bütün ətlər satın alındıqdan dərhal sonra dondurulmalıdır. Saxlama temperaturu -18°C və ya aşağı olmalıdır.

Medianews.az xəbər verir ki, bu barədə İspaniyanın Qida Təhlükəsizliyi və Qidalanma Agentliyinin (AESAN) mütəxəssisləri danışıb.

Onlar vurğulayıblar ki, belə şəraitdə mal, quzu və keçi əti bir ilə qədər təzə qala bilər.

Mütəxəssislərin fikrincə, donuz ətinin maksimum saxlama müddəti cəmi altı aydır. Quş ətinə gəlincə, hər şey karkasın kəsilməsindən və ya bütöv qalmasından asılıdır.

Birinci halda, yararlı olma müddəti doqquz ay, ikinci halda isə üç ay daha uzundur.

Medianews.az

Bizə qoşulun