Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazı ilə bağlı planına münasibət bildirərək Fransanın hərbi əməliyyatlarda iştirak etməyəcəyini açıqlayıb.
Medianews.az xəbər verir ki, Makron Ermənistanın paytaxtı İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında çıxış edib.
O, Ermənistan və Moldovanın ərazi bütövlüyü və müstəqilliyinin dəstəklənməsinin vacibliyini vurğulayıb.
Fransa lideri ABŞ və İranı Hörmüz boğazının yenidən açılması üçün koordinasiyalı addımlar atmağa çağırıb. Onun sözlərinə görə, bölgədə sabitliyin təmin olunmasının yeganə yolu budur.
Makron həmçinin qeyd edib ki, “müəyyən olunmamış hərbi əməliyyatlara Fransa qoşulmayacaq”.
Medianews.az